Ru
11:36 / 11 Dekabr 2025

“Porsche” sürən avtoxuliqan həbs olundu – VİDEO

“Porsche” sürən avtoxuliqan həbs olundu – VİDEO
Eye

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub.

Bakupost.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin məlumatına əsasən, Yasamal polis idarəsinin DYP Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən Abas Əmirov saxlanılıb. Sürücü “Porsche” markalı 90-OK-400 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə piyadaların sağlamlığına real təhlükə yaradıb.

Sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü A.Əmirovun nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 20 sutka inzibati qaydada həbs edilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar