Ru
11:09 / 11 Dekabr 2025

Azarkeşlərə nəsə deməyə çətinlik çəkirəm – Qurban Qurbanov

Azarkeşlərə nəsə deməyə çətinlik çəkirəm – Qurban Qurbanov
Eye

“Əfsuslar olsun ki, Nərimanla bağlı müzakirələr çox gedir. Mən özüm bilmirəm onun haqda nə deyim”.

Bakupost.az xəbər verir ki, bu sözləri, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda Bakıda "Ayaks"a uduzduqları (2:4) oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov gənc hücumçu Nəriman Axundzadə ilə bağlı sualı cavablandırarkən deyib.

Baş məşqçi Nərimanın bugünkü çıxışından narazı qalan azarkeşlərə hər hansı söz deməkdə çətinlik çəkdiyini bildirib: "Hansısa fikir bildirsəm, bəlkə azarkeşə qarşı çıxmış olaram. Daha yaxşı oynaya bilərdi. Dəfələrlə demişəm ki, futbolçularımın yanındayam. İndi də. Kamilo Duran nə qədər sprint etdi, güc sərf etdi. Yorulmuşdu. Belə cavabım yoxdu ki, azarkeşlərin narazılığına fikir bildirim. Nəriman daha yaxşı oynaya bilərdi. Tək o yox, sonradan meydana çıxanlar. Oyuna kənardan baxıb həzz alırdım. 90 dəqiqə dinamika var idi. Son vaxtlar çox oyuna baxmışdıq, analiz etmişdik. Bu, bəlkə də 3 ən yaxşı oyundan biridir. Hər iki komanda cəsarətli oynadı, xeyli sayda qol epizoduna girdi. Məğlub olduq. Deyəcək bir şey yoxdur".


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar