Ru
11:36 / 11 Dekabr 2025

Zahir Məliklinin yeni kitabı nəşr olundu - FOTO

Zahir Məliklinin yeni kitabı nəşr olundu - FOTO
Eye

Ədəbiyyat və incəsənət sahəsində özünəməxsus dəst-xətti olan
yazıçı-publisist, rəssam Zahir Məliklinin "Rus gəmisində intihar" adlı yeni kitabı nəşr olunub.

Bakupost.az xəbər verir ki, sosial-məişət mövzusunda qələmə alınan əsərdə hadisələr birinci şəxsin dilindən nəql edilir və əsərə avtobioqrafik roman əhvalı qatır. Kəskin süjetli əsərdə əsas iştirakçı müəllif özüdür və hadisələr onun iştirakı ilə cərəyan edir.

Milli mentalitet, əxlaq, namus, ailə tərbiyəsi, zərərli vərdişlərin, xüsusilə ifrat alkoqol istifadəsinin acı nəticələri, həsəd və tamahın fəsadları, halal zəhmət və işgüzarlıq ön plana çəkilməklə, əsərdə, əslində, xeyirlə şərin mübarizəsi qələmə alınır. Bu kontekstdə hadisələr sovet, yenidənqurma və durğunluq dövrünü, eyni zamanda, müasir dövrü əhatə edir. Əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, "O və yerdə qalanlar", "Yerlə göy arasında", "Enmək təhlükəsi", "Torpağı Vətən edənlər”, “Məhəbbət qürbətə gedərmiş" kitablarından sonra bu, müəllifin sayca 6-cı kitabıdır.

Lalə, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar