Bakıda neft quyusu yaxınlığında yanğın olub.
Bakupost.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Suraxanı rayonunda 1 ədəd elektrik lövhəsi və 1 kabel yanıb. Yaxınlıqdakı neft quyusu yanğından mühafizə olunub.
Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.