Ru
09:50 / 11 Dekabr 2025

Namizəd Səfərov həbs edildi

Namizəd Səfərov həbs edildi
Eye

Vəkillər Kollegiyasının keçmiş üzvü, hüquqşünas Namizəd Səfərov barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.

Bakupost.az Report-a istinadla xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsi qərar qəbul edib.

Qeyd edək ki, N.Səfərovu bu ayın 9-u polis əməkdaşları saxlayıb.

O, vətəndaşın etibarından sui-istifadə edərək 53 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir.

İttihama görə, o, işdən çıxarılan vətəndaşı yenidən vəzifəyə bərpa etdirəcəyinə inandırıb. Ondan külli miqdarda pul alıb, lakin verdiyi vədi yerinə yetirmədiyindən vətəndaş polisə müraciət edib.

N.Səfərova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar