Ru
13:25 / 11 Dekabr 2025

Polad Həşimovun şəkli olan əsginaslar – Mərkəzi Bankdan açıqlama

Polad Həşimovun şəkli olan əsginaslar – Mərkəzi Bankdan açıqlama
Eye

Sosial şəbəkələrdə yeni 3000 (üç min) manatlıq əsginasın görüntüləri yayılıb.

Bakupost.az xəbər verir ki, əsginasın bir üzündə Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun şəkli, digər üzündə isə Şuşa qalası əks olunub.

Məsələ ilə bağlı Mərkəzi Bankdan Oxu.az-a bildirilib ki, görüntülər saxtadır:

“Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tədavülə buraxılmış milli pul nişanlarının nominal strukturu yeddi ədəd kağız pul nişanından (1, 5, 10, 20, 50, 100, 200 manat) və altı ədəd metal pul nişanından (1, 3, 5, 10, 20, 50 qəpik) ibarətdir. Tədavüldə olan milli pul nişanlarına dair məlumat Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilib: https://www.cbar.az/page-28/currency-in-circulation".


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar