Türkiyə Qətərdən 24, Omandan isə 10 “Tayfun” (Eurofighter) qırıcısı alır. Artıq məsələ ilə bağlı danışıqlar son mərhələyə çatıb.
Bakupost.az xəbər verir ki, bunu Türkiyə Medianın Ankara nümayəndəsi Məlik Yiğitel “Axşam” qəzetinə açıqlamasında deyib.
O bildirib ki, Qətər və Omandan “Tayfun” alışları ilə bağlı proseslər aşağıdakı kimi yekunlaşdırılib:
“Əvvəlcə “Tayfun”ların ikinci ölkəyə satışı ilə bağlı hüquqi vəziyyət istehsalçı ölkələr - Böyük Britaniya, Almaniya, Fransa və İspaniya ilə razılaşdırıldı.
Maneələr aradan qaldırıldıqdan sonra Oman və Qətərlə əlaqə yaradıldı. Onların ehtiyatında ikinci bir ölkəyə satılmaq üçün “Tayfun”lar olduğu müəyyən edildikdə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məsələnin kilidini açan mühüm addımı atdı. Körfəz turu zamanı Ərdoğan Qətər əmiri və Oman sultanı ilə görüşündə bu məsələni şəxsən qaldırıb və yekunlaşdırıb.
Hazırda proses Türkiyə xarici işlər və milli müdafiə nazirləri tərəfindən idarə olunur. Qətərdən 24, Omandan isə 10 “Eurofighter” təyyarəsinin ilkin alınması son mərhələyə çatıb. Qıcıların Türkiyəyə çatdırılması bir neçə həftə ərzində baş tutacaq”.