Ru
19:47 / 25 Oktyabr 2025

Mənzil qiymətlərindəki artım süni şişirdilir: Ucuzlaşma olacaqmı?

Mənzil qiymətlərindəki artım süni şişirdilir: Ucuzlaşma olacaqmı?
Eye

Qonşu ölkələrdə əmlakın qiymət artımı Azərbaycandakı qədər kəskin deyil. Bu da həmin ölkələrdə mənzillərin investisiya aləti kimi istifadə olunmamasından irəli gəlir.

Bakupost.az xəbər verir ki, bunu "Kaspi" qəzetinə açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib.

Azərbaycanda mənzil qiymətlərinin artımının süni xarakter daşıdığını bildirən ekspert əlavə edib ki, bunu tələb və təkliflə əsaslandırmaq düzgün deyil:

"Çünki bəzi insanlar mənzili yaşamaq üçün yox, investisiya aləti olaraq dəyərləndirirlər. Digər investisiya alətlərindənsə, mənzilə güvənirlər. Bu da tələbi süni olaraq şişirdir. Digər faktor orta aylıq əməkhaqqıdır. Hansı ki, digər iki ölkədə də orta aylıq əməkhaqqı bizim ölkəmizdəkindən yüksəkdir. İnsanların da düşüncəsində "hər kəsin evi olmalıdır" prinsipi hökm sürür. Xaricdə olduğu kimi kirayə qalmaq istəmirlər".

İqtisadçının fikrincə, ölkəmizdə mənzil qiymətlərinin aşağı enməsi gözlənilmir:

"Azərbaycanda ev almaq üçün 18 il işləmək lazım olduğu fikri ilə razılaşmıram. Çünki əməkhaqları fərqlidir. Orta əməkhaqqı alan bir şəxsin 18 ilə toplayacağı məbləğ xeyli böyük puldur. Mənzil bazarında daha ucuz mənzillər də əldə etmək olur. Bütün dünyada mənzil qiymətləri yüksəlir. Bu da əhali artımı ilə əlaqədardır. Düşünürəm ki, ölkəmizdə mənzil qiymətləri artmaqda davam edəcək".

Şərhlər
  • B.Kolxozdar

    Sovet dövründən Azərbaycan əlahiddə inzibati müstəqil maliyyə rayonlarından ibarətdir. Vahid-iqtisadi ittifaq dövləti müəssisələrinin fəaliyyət göstərməməsi (de fakto yox edilməsi?) səbəbli demək olar ki, heç bir dünya sorğulu və tam yerli qida məhsulu olmayan rayonların maliyyə tələbatı necə ödənə bilər? Dörd min hasilat quyusu olan Binəqədi rayon büdcəsinin 69%i neft daxil yüzdən çox müəssisənin yox, 10-30%i də ABŞ dolları da olmaqla bircə maşınqayırma zavodunun gəlirindən formalaşırdı? Bazar iqtisadiyyatı ən azı bütöv illik yüksək dünyəvi və daxili sorğulu qəti tələbat məhsulları istehsalı əsasında formalaşmalı deyilmi? Heç daxili yerli mənzil uçotu sorğusu aparılmadan maliyyə vəsaitinin əsas hissəsi illərlə ABŞeronda *daha bahalı (təmərküz-tıxac) yer* alan mənzil tikintisinə yönəlib? FHN, Texniki Nəzarət İnstitutu tam qurulmuş mexanizm kimi (enerji, su, istilik) şəbəkələri saz işləməyən binaları necə qəbul edirlər mi? Görüntüsü hazır AAAF Park bina mənzilləri on ilə yaxındır hələ yarımçıqdır-istifadəçi məskunlaşmasına hazır, ya rahat deyil? Mənzil bəyəm, arrmatur içlikli-beton, kərpic-pəncərəli çox yuvalı quş damı-binasıdırmı? Ən bahalısının bu günkü yüksək qiymətlərlə hər kvadrat metri 500 manat dəyərində belə deyillər? *Təmirli*lərin də kvadrat metri çətin ki, 100 manatı aşsın? Əmlak təşkilatları öncə dəqiq uçot sorğusu, sonra yerli tələbat üzrə məskunlaşma tikinti binalarının yeri, material və iş dəyərlərinin ekspertlərlə optimal seçilməsi ilə normallaşdırılmasında əsas müşahidəçi-məsullar deyilmi? Son iki ayda hər həftə yüksəldilməklə qiymətlərin 17% artırılması müşahidə olunur. Topdan alanlar sonradan hər kvadrat metrinə bir neçə yüz manat əlavə etmək istəsələr də, orta hesabla heç əlli manat da optimal bazar şansı göstərmir? İqtisadiyyatımızın çox sahələri təxmini də olsa gerçək sorğu-sifarişlidirmi? Elə isə nədən Belarus südü-ağartısı daha çoxdur? Kərə yağının dünyəvi standartı yoxmu ki, bir neçə ölkədən alınır?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar