Ru
20:28 / 25 Oktyabr 2025

Kürdəmirdə dəhşətli yol qəzası: Ölənlərin kimliyi bilindi

Kürdəmirdə dəhşətli yol qəzası: Ölənlərin kimliyi bilindi
Eye

Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alanların adları məlum olub.


Bakupost.az xəbər verir ki, N. Əbilovun idarə etdiyi traktorla İ. Hüseynovun idarə etdiyi “VAZ” markalı minik avtomobili toqquşub.


Nəticədə Uğur Rəşad oğlu Hüseynov və anası, Vüsalə Rəfail qızı Hüseynova ölüb.


Səmiyə Əbülfət qızı Hüseynova, İlkin Əli oğlu Hüseynov və Yusif Rəşad oğlu Hüseynov isə ağır xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.


Polis əməkdaşları hadisə yerində araşdırma aparır.

***

19:38

Kürdəmirdə ağır yol nəqliyyat hadisəsi baş verib.


Bakupost.az APA-ya istinadla xəbər verir ki, hadisə Kürdəmir- Zərdab avtomobil yolunun rayonun Mollakənd kəndindən keçən hissəsində baş verib.

VAZ markalı minik maşını traktorla toqquşub. İlkin məlumata görə, 4 nəfər hadisə yerində ölüb. Fakt araşdırılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar