Gəncədə saxlanılan keçmiş vəkilə cinayət işi açılıb, məhkəməsi keçirilir.
Bakupost.az xəbər verir ki, keçmiş vəkil Zabil Qəhrəmanova Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək) maddəsi üzrə cinayət işi açılıb.
Açılan cinayət işi ilə bağlı Gəncə şəhər Məhkəməsində hazırda məhkəmə prosesi keçirilir.
Xatırladaq ki, o, avtoyuma məntəqəsində bir nəfərə xəsarət yetirməkdə ittiham olunaraq saxlanılıb.
***
Xuliqanlıq və dələduzluq etməkdə ittiham edilən vəkil Zabil Qəhrəmanov Gəncə şəhər məhkəməsinə gətirilib.
Bakupost.az xəbər verir ki, bu barədə APA məlumat yayıb.
Qeyd edək ki, vəkil Əziz Qənbər xuliqanlıq və dələduzluq etməkdə ittiham edilən vəkil Zabil Qəhrəmanov barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanı tərəfindən məhkəməyə təqdimat göndərildiyini, təqdimata Gəncə Şəhər Məhkəməsində baxılacağını bildirmişdi.
Xatırladaq ki, vəkil Zabil Qəhrəmanov oktyabrın 23- də polis əməkdaşları tərəfindən saxlanılıb.
Onun Gəncədə avtoyuma məntəsində bir nəfərlə mübahisə edərək həmin şəxsə xəsarət yetirdiyi və müvəkkilinə qarşı dələduzluq etməsi iddia olunur.
Bir qədər əvvəl Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən Zabil Qəhrəmanovun vəkillik fəaliyyətinin 6 ay müddətinə dayandırılması barədə qərar qəbul olunub.
Vəkil Zabil Qəhrəmanov daha çox Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun vəkili kimi tanınıb.