Ru
17:21 / 25 Oktyabr 2025

"Sputnik Azərbaycan"ın baş redaktoru həbsdən azadlığa çıxan kimi Bakıdan Moskvaya uçdu

"Sputnik Azərbaycan"ın baş redaktoru həbsdən azadlığa çıxan kimi Bakıdan Moskvaya uçdu
Eye

"Sputnik Azərbaycan"ın baş redaktoru Yevgeni Belousov həbsdən azad edildikdən sonra Bakıdan Moskvaya uçub.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS-a açıqlamasında bildirib.

""Sputnik" in ikinci əməkdaşı Yevgeni Belousov Bakıdan azad olunandan sonra ölkəni tərk edib",- o qeyd edib.

Bundan əvvəl "Sputnik Azərbaycan"ın icraçı direktoru İqor Kartavıx da azad olunub.

Xatırladaq ki, "Rossiya Seqodnya" beynəlxalq media qrupunun Bakı filialının ("Sputnik Azərbaycan") icraçı direktoru İqor Kartavıx və baş redaktor Yevgeni Belousov Daxili İşlər Nazirliyinin iyunun 30-da qurumun Bakı ofisində keçirdiyi əməliyyat zamanı saxlanılıblar.

Xətai Rayon Məhkəməsinin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar