Ru
18:49 / 25 Oktyabr 2025

Ukraynalı polkovnik etiraf etdi: Heç bir halda Kremli vurmaq imkanımız yoxdur

Ukraynalı polkovnik etiraf etdi: Heç bir halda Kremli vurmaq imkanımız yoxdur
Eye

Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirməyə icazə verilsə belə, bütün bunlar tənzimlənəcək və müzakirə olunacaq.

Bakupost.az xəbər verir ki, bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında, Ukrayna Quru Qoşunlarından ehtiyatda olanların şurasının sədri, polkovnik İvan Timoçko bildirib.

Onun sözlərinə görə, hər şey bu uzaq mənzilli raketlərin taktiki-texniki xüsusiyyətlərindən və uçuş radiusundan asılı olacaq:

"Çox güman ki, bunlar 300 kilometrə qədər radiuslu raketlər olacaq. Moskva, Kreml bundan xeyli uzaqda yerləşir. Əgər, raket istehsalçı ölkə tərəfindən qoyulmuş taktiki-texniki xarakteristikalara uyğun olarsa və zərbə radiusu, şərti olaraq 1000 kilometrdən çox olarsa, onda hətta Moskvada yerləşən hərbi obyektlər potensial zərbə zonasında olacaqlar".

Bununla belə İ.Timoçko hesab edir ki, Ukraynaya Rusiyanın havadan hücum müdafiəsini yarmaq üçün kütləvi şəkildə istifadə edilə biləcək bu qədər raket verilməyəcək:

"Əlbəttə, bəzi ayrı-ayrı hərbi obyektlər, aerodromlar, strateji anbarlar və ya hərbi bazalar potensial hədəf kimi nəzərdən keçiriləcək, lakin bu kifayət qədər şərtidir. Yəni şərait yaradılsa belə, Kremli vurmaq imkanımız yoxdur".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar