Ru
12:46 / 25 Oktyabr 2025

Əmisi qızına təcavüz edəni polis şöbəsində öldürdü

Əmisi qızına təcavüz edəni polis şöbəsində öldürdü
Eye

Türkiyədə gənc oğlan əmisi qızına təcavüz edən oğlanı polis şöbəsində öldürüb.

Bakupost.az yerli mediaya istinadla bildirir ki, hadisə Konya şəhərinin Məram qəsəbəsi, Laləbaxça Polis Şöbəsində qeydə alınıb.

18 yaşlı Sərdar B. 16 yaşlı R.N.K.-ya təcavüz etdiyi üçün saxlanılaraq, şöbəyə aparılıb. Hadisəni eşidən zərərçəkən qızın əmisi Seyfəddin K. və oğlu 22 yaşlı Ənəs K. da şöbəyə gəliblər. Burada Ənəs şöbədə qarşısına çıxan Sərdarı bıçaqlayıb. Xəstəxanaya aparılan oğlanı xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı ata və oğul saxlanılıb. Araşdırma aparılır.(Lent.az)

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar