Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabana ziyarətlər davam edir.
Bakupost.az-ın məlumatına görə, dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyublar.
Onlar müasir müstəqil Azərbaycanın banisi və qurucusu Ümummilli Liderin xatirəsinə dərin ehtiramlarını bildiriblər.






