Ru
08:08 / 12 Dekabr 2025

Yaponiyada güclü zəlzələ – Sunami xəbərdarlığı edildi

Yaponiyada güclü zəlzələ – Sunami xəbərdarlığı edildi
Eye

Yaponiyada Aomori vilayətinin sahillərində 6,7 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin ardından sunami xəbərdarlığı elan olunub.

Bakupost.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyi (JMA) məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 11:44-də (Bakı vaxtilə 06:44), təxminən 20 kilometr dərinlikdə baş verib. Zəlzələdən sonra Aomori, İvate, Miyagi vilayətləri və Hokkaydonun Sakit okean sahillərində sunami təhlükəsi barədə xəbərdarlıq edilib.

Rəsmi qurumlar 1 metr hündürlüyə çata biləcək sunami dalğalarının yarana biləcəyini bildirib və sahil zolağından uzaqlaşmaq barədə çağırış edib.

Dekabrın 8-də ölkədə növbəti dəfə güclü yeraltı təkanlar qeydə alınmışdı. Mütəxəssislər 7,5 bal gücündə zəlzələnin ardından həmin bölgədə 8 və daha böyük zəlzələlərin mümkünlüyü barədə xəbərdarlıq etlmişdi.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar