Kiyevin Darnitski rayonunda baş verən partlayışlar terror aktı kimi araşdırılır.
Bakupost.az "Unikal"a istinadla xəbər verir ki, bu barədə şəhər prokurorluğu öz "Telegram" kanalında məlumat verib.
Departamentdən verilən məlumata görə, birinci partlayış iki Milli Qvardiya zabiti ərazidə patrul xidməti apararkən baş verib. Hadisə nəticəsində onlardan biri ölümcül xəsarət alıb. Digər Milli Qvardiya zabiti və bir mühafizəçi yaralanıb.
Prokurorluq əlavə edib ki, ikinci partlayış polis və təcili yardım işçiləri hadisə yerində işləyərkən baş verib. Departamentdən verilən məlumata görə, iki polis əməkdaşı yaralanıb.
"Hadisə Ukrayna Cinayət Məcəlləsinin 258-ci maddəsinin 3-cü hissəsi, yəni terror aktı ilə təsnif edilib. Hazırda əldəqayırma partlayıcı qurğunun partladığı məlumdur", - deyə açıqlamada bildirilir.