Ru
21:38 / 11 Dekabr 2025

14 yaşlı ana və körpəsinin vəziyyəti... - TƏBİB AÇIQLADI

14 yaşlı ana və körpəsinin vəziyyəti... - TƏBİB AÇIQLADI
Eye

Dekabrın 11-də saat 01:45 radələrində 2011-ci il təvəllüdlü yeniyetmə (qadın) qarın nahiyəsində şiddətli sancı şikayəti ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

Bakupost.az xəbər verir ki, bu barədə TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib.

Məlumata görə, pasiyentdə dərhal USM müayinəsi aparılıb və 36 həftə 4 günlük hamiləlik müddəti, baş gəlişi, DQVEC- doğuşun I dövrü diaqnozu müəyyən edilərək o, Ginekologiya şöbəsinə yerləşdirilib.

Aparılan əlavə müayinələr zamanı kəskin azsululuq, dölün distres sindromu və taxikardiya qeydə alınıb.

Dekabrın 11-də pasiyent üzərində abdominal doğuş icra edilib. Çəkisi 2 600 qram, boyu 47 sm olan qız uşağı dünyaya gəlib.

Hazırda həm ana, həm də körpənin vəziyyəti kafidir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar