Ru
23:08 / 11 Dekabr 2025

Azərbaycan Prodüserlər Gildiyası FIAPF-a üzv qəbul edildi

Azərbaycan Prodüserlər Gildiyası FIAPF-a üzv qəbul edildi
Eye

Azərbaycanın kino sənayesi üçün mühüm hadisə baş verib. Azərbaycan Prodüserlər Gildiyası (APG) rəsmi olaraq dünyanın ən nüfuzlu kino təşkilatlarından biri olan FIAPF-a (Beynəlxalq Kino Prodüserləri Assosiasiyaları Federasiyası) tamhüquqlu üzv qəbul edilib. Üzvlük 2026-cı il yanvarın 1-dən rəsmi şəkildə aktiv olacaqdır. Azərbaycan Prodüserlər Gildiyasının FIAPF-a qoşulması, Azərbaycan kinosunun beynəlxalq səviyyədə tanınması və mövqeyinin güclənməsi istiqamətində atılan strateji bir addımdır.

Bu barədə Bakupost.az-a Azərbaycan Prodüserlər Gildiyasının sədri Müşfiq Hətəmov məlumat verib.

Bu barədə danışan Müşfiq Hətəmov deyib: "FIAPF-a üzvlük Azərbaycan prodüserlərinin işini beynəlxalq standartlara uyğunlaşdırmaq və onları qlobal kino bazarına inteqrasiya etmək üçün geniş imkanlar açır. Bu həm prodüserlərin hüquqlarının daha etibarlı qorunması, həm də yerli kino layihələrinə xarici investisiyaların cəlb edilməsi, beynəlxalq koprodüksiya layihələrində iştirakın artırılması baxımından tarixi əhəmiyyətə malikdir. Azərbaycan kinosu artıq dünyanın aparıcı kino ölkələri ilə bir platformada təmsil olunur”.

Onun sözlərinə görə, Azərbaycan Prodüserlər Gildiyası bu yeni statusdan istifadə edərək fəaliyyətini bu istiqamətlərdə gücləndirməyi planlaşdırır: “Müəllif, prodüser hüquqları və kino istehsalı ilə bağlı beynəlxalq qanunvericilik sahəsində təkmilləşdirmələrə nail olmaq. FIAPF şəbəkəsi vasitəsilə Azərbaycan kinosunu xarici prodüserlərə, distribütorlara və investorlara daha fəal şəkildə tanıtmaq”.

Xatırladaq ki, Azərbaycan Prodüserlər Gildiyası Azərbaycanın aparıcı kino və televiziya prodüserlərini özündə birləşdirən İctimai Birlikdir. Təşkilatın əsas məqsədi üzvlərinin hüquqlarını qorumaq və maraqlarını müdafiə etmək, yerli audiovizual sənayenin inkişafına dəstək vermək, audiovizual sahədə beynəlxalq əməkdaşlığı təşviq etməkdir.

Qeyd edək ki, FIAPF 1933-cü ildə təsis olunub. Hazırda 31 ölkədən 38 üzv təşkilatı təmsil edən qeyri-kommersiya təşkilatıdır. Təşkilat kinoprodüserlərin maraqlarını qoruyur, beynəlxalq kino festivallarını akkreditasiya edir (məsələn, Kann, Berlin, Venesiya və s.) və kino sənayesində etik və peşəkar standartları müəyyənləşdirir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar