Ru
21:20 / 11 Dekabr 2025

Bolqarıstanın Baş naziri istefa verdi – SƏBƏB

Bolqarıstanın Baş naziri istefa verdi – SƏBƏB
Eye

Bolqarıstanın Baş naziri Rozen Jelyazkov kütləvi etirazlar fonunda istefa verdiyini açıqlayıb.

Bakupost.az Yeniavaz.com-a istinala xəbər verir ki, bu barədə Baş nazir mətbuat konfransı zamanı bildirib.

“Bizim istəyimiz ictimai tələblərə cavab verməkdir. Güc xalqdan asılıdır və biz etirazçıların səsini eşitməli və onların tələblərini yerinə yetirməliyik”, - Jelyazkov qeyd edib.

O, müxalifət nümayəndələrini hakimiyyətin davamlılığını təmin etməyə, rəvan keçidi təmin etməyə və ilk dəfə olaraq avro ilə ifadə edilməli olan 2026-cı il dövlət büdcəsini qəbul etməyə çağırıb.

Digər tərəfdən, agentlik qeyd edib ki, Bolqarıstan Nazirlər Kabineti parlamentin etimadsızlıq səsverməsinə hazırlaşdığı vaxt istefa verib.
Qərarın Nazirlər Kabinetinin büdcə planlarından qaynaqlanan hökumət əleyhinə kütləvi etirazlar və korrupsiya ilə bağlı narazılıqlar fonunda qəbul edilməsi planlaşdırılırdı.

Qeyd edək ki, Jelyazkovun hökuməti 16 yanvar 2025-ci ildə işə başlayıb.

Xatırladaq ki, Bolqarıstanda etirazlar noyabrın sonundan bəri davam edir. Etirazçılar hakimiyyəti korrupsiyada ittiham edirlər. Nümayişlər Brüssel, London və Nyu-York da daxil olmaqla, bolqar icması tərəfindən digər şəhərlərdə də təşkil edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar