Ru
22:32 / 11 Dekabr 2025

Alen Delonun oğlu bacısı ilə bağlı TƏLƏB: Vəsiyyətnamədən çıxarılsın!

Alen Delonun oğlu bacısı ilə bağlı TƏLƏB: Vəsiyyətnamədən çıxarılsın!
Eye

Məşhur Fransa aktyoru Alen Delonun oğlu Alen-Fabyen İsveçrə ədliyyə orqanlarına müraciət edib.

Bakupost.az xəbər verir ki, o, bunu RTL radiosuna müsahibəsində açıqlayıb.

Alen-Fabyen bacısı Anuşkanın adının atasının ölümündən iki il əvvəl tərtib etdiyi vəsiyyətnamədən çıxarılmasını tələb edir.

"İstəyirəm ki, ona bir qəpik belə verilməsin", - deyə 31 yaşlı Delon bildirib.

Məhkəmə gələn ilin mart ayında keçiriləcək.

Söhbət 300 milyon avroluq vəsiyyətnamədən gedir. Onun son versiyasına əsasən, yüzlərlə filmdə rol almış aktyorun müəllif hüquqları qızına qalmalıdır.

Delonun oğlunun iddiasına görə, ilkin vəsiyyətə edilən bu dəyişiklik üçün 35 yaşlı Anuşka və onun ortaqları atasını İsveçrədəki klinikadan zorla çıxararaq notariusun yanına aparıblar.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar