Ru
21:47 / 11 Dekabr 2025

Gürcüstanda aksiyalarla bağlı qadağalar sərtləşdirildi

Gürcüstanda aksiyalarla bağlı qadağalar sərtləşdirildi
Eye

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili "Toplantılar və nümayişlər haqqında" Qanuna düzəlişləri təsdiqləyib.

Bakupost.az xəbər verir ki, parlament tərəfindən üçüncü oxunuşda qəbul edilən düzəlişlər qüvvəyə minib.

Dəyişikliklər ictimai yerlərdə aksiya qadağalarını sərtləşdirir. Bu həftə parlament piyada səkilərində keçirilən aksiya və etirazları da əhatə edən genişləndirilmiş məhdudiyyətləri təsdiqləyib.

Belə ki, toplantı və nümayişlərin təşkilatçıları tədbirlərin keçirilməsi barədə əvvəlcədən Daxili İşlər Nazirliyini məlumatlandırmağa borcludurlar.

Bundan əlavə, əgər toplantı və ya nümayiş ictimai təhlükəsizliyə, hüquq-mühafizə qaydalarına, müəssisə, idarə və təşkilatların normal fəaliyyətinə, nəqliyyatın hərəkətinə, insanların sərbəst hərəkətinə və ya insan hüquq və azadlıqlarına real təhdid yaradırsa, dövlət orqanı iştirakçılara alternativ yer, vaxt və ya yürüş marşrutu ilə bağlı göstəriş vermək hüququna malikdir. Bu göstərişlərə əməl olunmaması aksiyanın iştirakçılarının 15 günədək, təşkilatçılarının isə 20 günədək inzibati həbs olunmasına səbəb olacaq.

Qanunun təkrar pozulması halında isə aksiya iştirakçısı və ya təşkilatçısı bir ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar