Ru
22:40 / 11 Dekabr 2025

Türk fəalın “Əli Kərimli Qarabağı ala biləcəkdimi” sualına cavab

Türk fəalın “Əli Kərimli Qarabağı ala biləcəkdimi” sualına cavab
Eye

Avropada yaşayan mühacir jurnalist Elbəyi Həsənli bu gün Azərbaycan cəmiyyətində də bəzən səsləndirilən bir suala cavabını təqdim edib.

Bakupost.az xəbər verir ki, o, Yutubda bir türk izləyicinin belə bir sual verdiyini vurğulayıb: “İlham Əliyev Qarabağı geri aldı, bəs Əli Kərimli bunu edə bilərdimi?”

E.Həsənli qeyd edib ki, bu sual provokativdir:
“Mən də bunu dəfələrlə düşündüm. Nəticəm isə dəyişməzdir: xeyr, edə bilməzdi.

Qarabağı geri almaq yalnız siyasi iradə ilə mümkün deyildi. Bu, eyni zamanda Azərbaycanın rəhbərinin Türkiyə və Rusiya ilə xüsusi münasibətlərə malik olmasını tələb edirdi. Müxalif liderlərin belə bir əlaqələr şəbəkəsi qurması mümkün deyildi.

İlk növbədə, əməliyyatın müvəffəqiyyəti Türkiyə ilə strateji əməkdaşlığa bağlı idi. Prezident İlham Əliyev ilə Prezident Rəcəb Tayyib Ərdoğan arasında qurulan şəxsi və siyasi əlaqələr uzun illərin nəticəsi idi. Əli Kərimlinin isə ideoloji fərqlər səbəbindən belə bir əlaqəni yaratması real görünmür. Qərb də Azərbaycanın Türkiyə ilə bu qədər yaxınlaşmasına qarşı çıxardı.

İkincisi, Rusiya ilə münasibətlər əməliyyatın həyata keçməsi üçün həyati önəm daşıyırdı. Kreml tərəfindən hər hansı maneə yaratmamaq qərarı uğurun əsas şərtlərindən biri idi. Əli Kərimlinin Putinə qarşı mövqeyi isə belə bir əməkdaşlığı demək olar ki, qeyri-mümkün edərdi”.

Ermənistanda qərbmeyilli qüvvələrin hakimiyyətə gəlməsinin və Rusiya ilə münasibətlərin pisləşməsinin də prosesə ciddi təsir etdiyini düşünən E.Həsənlinin fikrincə, Əliyevin uzun illər ərzində orduya etdiyi investisiyalar, müasir silahlarla təminat və NATO standartlarına uyğun təlim proqramları qələbədə həlledici rol oynadı:
“Bu hazırlıq olmadan, əlverişli geosiyasi şərait belə qələbə üçün yetərli olmazdı”.

Onun fikrincə, Əli Kərimli Qarabağ məsələsini diplomatik həll edə bilərdi, amma güzəştlərlə:
“Mümkündür ki, Əli Kərimli rəhbərliyində Azərbaycan müharibəsiz bəzi əraziləri geri ala bilərdi. Amma bunun qarşılığında ermənilərə keçmiş Dağlıq Qarabağda yüksək səviyyədə, yarımmüstəqil status verməli olardı.

Əli Kərimli demokrat olduğu üçün əhalinin (yəni ermənilərin - red.) zor-xoş çıxarılmasına müsbət baxmazdı.

Eyni vəziyyət Zəngəzur dəhlizi üçün də keçərlidir: Kərimli hökuməti yolu açardı, amma “dəhliz” statusu vermək mümkün olmazdı. Əliyev isə bu statusu təmin etdi”.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar