Gümüşün qiyməti bütün dövrlər üçün ən yüksək həddinə çatıb.
Bakupost.az xəbər verir ki, bu barədə “Comex” birjası (Nyu-York Ticarət Birjasının bölməsi) məlumat yayıb.
Ticarət platformasından verilən məlumata görə, gümüşün qiyməti tarixi maksimumunu yeniləyərək, bir troy unsiyası üçün 64 dollara çatıb.
Bakı vaxtı ilə saat 19:51-ə olan məlumata görə, gümüşün qiyməti 4,93% artaraq 1 troy unsiyası üçün 64,035 dollar olub.
Bakı vaxtı ilə saat 20:12-yə olan məlumata görə, gümüşün qiymətinin artımını azaldaraq, 1 troy unsiyası üçün 63,775 dollar (4,5%) təşkil edib.