Ru
15:49 / 15 Avqust 2019

Rəsulzadənin nəvəsi Mübariz Mənsimovun müdafiəsinə qalxdı – FOTO

8796

Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə azərbaycanlı milyarder,  "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun müdafiəsinə qalxıb. BakuPost xəbər verir ki, sosial şəbəkələrdə Mənsimovla fotosunu paylaşaraq, onun ünvanına təriflər yağdırıb: 


"Mübariz Mənsimov cənabları Azərbaycan xalqının qeyrətli , vətənpərvər, son dərəcə bacarıqlı , yüksək intellektə malik mərd oğludur. Biz onun xeyirxah işlərini daima dəstəkləyir və dəstəkləməliyik . Bu şərəfli fəaliyyətlərində ona uğurlar arzulayıram”.


Qeyd edək ki, son dövrlər Mübariz Mənsimov ətrafında gərgin proseslər baş verir. Onun bir neçə gün əvvəl istifadəyə verdiyi "Məmmədəmin Rəsulzadə” adlı gəmisinin qəzaya uğraması gərginliyi bir qədər də artırıb. Bəzi mətbu orqanları onu gəminin köhnə olması, tanınmış şəxslərin adından istifadə edərək öz reklamını qurmasında, insanların milli hisləri ilə oynamasına ittiham ediblər. Mübariz Mənsimov isə bu yazılanları böhtan adlandırıb, ona qarşı aparılan çirkin kampaniyanın tərkib hissəsi olduğunu iddia edib. İş adamı bu kampaniyanın arxasında SOCAR rəhbəri Rövnəq Abdullayevin dayandığını deyib. 

Rəsulzadənin nəvəsi Mübariz Mənsimovun müdafiəsinə qalxdı  – FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər