Ru
09:22 / 31 Oktyabr 2025

Ronaldo 90-cı dəqiqədə meydana girib qol vurdu

Ronaldo 90-cı dəqiqədə meydana girib qol vurdu
Eye

Kriştiano Ronaldonun oğlu Kiçik Kriştiano Portuqaliyanın U16 komandasında milli debütünü edib.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Antalyada keçirilən Federasiyalar Kubokunda ev sahibi Türkiyə üzərində 2-0 hesablı qələbə zamanı 15 yaşlı cinah oyunçusu 90-cı dəqiqədə oyuna daxil olub.

Oyun artıq Samuel Tavares və Rafael Kabralın ilk hissədəki qolları ilə təmin olunmuş vəziyyətdə olsa da, o, 90+2-ci dəqiqədə komandasının üçüncü qolunu vurub.

Portuqaliyada “Cristianinho” adı ilə tanınan Ronaldo kiçik may ayında Vlatko Markoviç Turnirinin finalında Xorvatiyaya qarşı iki qol vuraraq U15 komandasında diqqət çəkmişdi.

Hazırda Səudiyyə Ərəbistanında atasının çıxış etdiyi “Al Nassr” klubunun gənclər sıralarında bacarıqlarını təkmilləşdirən Ronaldo kiçik daha əvvəl “Mançester Yunayted” və “Yuventus” akademiyalarında elit mühitdə təcrübə qazanıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar