Ru
16:31 / 18 Dekabr 2025

Rusiya ilk dəfə “İsgəndər-1000” atdı – Raketin yeni versiyası döyüşdə tətbiq edildi

Rusiya ilk dəfə “İsgəndər-1000” atdı – Raketin yeni versiyası döyüşdə tətbiq edildi
Eye

Rusiya ordusu ilk dəfə “İsgəndər-M” operativ taktiki raket kompleksini təxminən 800 kilometr məsafəyə buraxıb.

Bakupost.az xəbər verir ki, bu barədə ukraynalı jurnalist Roman Boçkala məlumat yayıb.

Onun sözlərinə görə, bu fakt qeyri rəsmi olaraq “İsgəndər-1000” adlandırılan yeni versiyanın artıq poliqon sınaqları mərhələsini keçərək real döyüş tətbiqinə daxil olduğunu göstərir. Bildirilir ki, Rusiya bununla da operativ-taktiki raket kompleksini strateji zərbə vasitəsinə çevirir.

Jurnalist qeyd edir ki, uçuş məsafəsinin 1000 kilometrə yaxınlaşması raketdə bərk yanacağın həcminin artırılması və daha dağıdıcı döyüş başlığı ilə mümkün olub. Yeni versiyanın sürəti “Kinjal” hipersəs raketinə yaxınlaşır.

Məlumata görə, raket uçuşun bütün trayektoriyası boyunca manevr edə bilir və 90 dərəcəyə qədər piketmə bucağına malikdir. Bu isə hava hücumundan müdafiə (HHM) və raketdən müdafiə sistemləri (RMS) üçün raketi zərərsizləşdirmə imkanını və vaxtının kəskin azaldır.

Beləliklə, HHM/RMS-in əvvəllər 15–20 dəqiqə olan zərərsizləşdirmə imkanı buraxılış nöqtəsindən asılı olaraq 2–7 dəqiqəyə enir.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar