Ru
10:25 / 19 Fevral 2026

Rusiya məktəbində bıçaqlanma – 7-ci sinif şagirdi ağır yaralanıb

Rusiya məktəbində bıçaqlanma – 7-ci sinif şagirdi ağır yaralanıb
Eye

Rusiyanın Perm vilayətinin Aleksandrovsk şəhərində məktəbdə baş verən insident zamanı 7-ci sinif şagirdi sinif yoldaşını bıçaqla yaralayıb.

Bakupost.az “RİA Novosti”yə istinadən xəbər verir ki, xəsarət alan yeniyetmənin vəziyyəti ağırdır. O, ilkin tibbi yardımdan sonra təcili yardım helikopteri vasitəsilə qonşu şəhərə təxliyə olunub. Hazırda həkimlər onun həyatını xilas etmək üçün tədbirləri davam etdirirlər.

Hadisədən sonra məktəbdə şagirdlərə və müəllim heyətinə psixoloji dəstək göstərilməyə başlanılıb.

Hadisə ilə bağlı istintaq tədbirləri aparılır, insidentin başvermə səbəbləri və təfərrüatları araşdırılır.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar