Ru
18:20 / 05 Sentyabr 2025

Rusiya səfirliyi Britaniyanı oğurluqda ittiham edir

Rusiya səfirliyi Britaniyanı oğurluqda ittiham edir
Eye

Rusiyanın Londondakı səfirliyinin nümayəndələri dondurulmuş Rusiya aktivlərindən gələn gəlirlərin Ukraynaya köçürülməsinə münasibət bildiriblər.

Bakupost.az xəbərinə görə, diplomatik missiya bəyan edib ki, Britaniya hakimiyyəti “beynəlxalq oğurluq ənənəsini davam etdirir”.

Rusiya tərəfinin sözlərinə görə, Britaniya rəhbərliyinin hərəkətləri istənilən yurisdiksiyada qeyri-qanuni hesab olunur.

Bu ərəfədə Britaniyanın müdafiə naziri Con Healey bəyan edib ki, Britaniya dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərdən istifadə edərək Ukraynaya 1 milyard funt-sterlinq hərbi dəstək verib. Nazir bildirib ki, bu vəsait yüz minlərlə artilleriya mərmisi, yüzlərlə zenit-raket kompleksi, eləcə də hərbi texnika üçün ehtiyat hissələri tədarük etməyə imkan verib. Məbləğin bir hissəsi də “avadanlıq və nəqliyyat vasitələrinə texniki qulluq və təmir üçün yeni müqavilələrin bağlanmasına” sərf edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar