Ru
13:49 / 24 İyul 2025

Rusiya Xarkova 500 kiloqramlıq bomba atdı – Dəhşətli görüntülər

Rusiya Xarkova 500 kiloqramlıq bomba atdı – Dəhşətli görüntülər
Eye

Rusiya Ordusu Xarkovun mərkəzində yaşayış binalarının yerləşdiyi əraziyə iki idarə olunan aviasiya bombası ilə zərbə endirib.

Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbovun sözlərinə görə, hücum nəticəsində 16 nəfər xəsarət alıb.

Sinequbov əlavə edib ki, hazırda xilasetmə əməliyyatı davam edir.

Daha əvvəl Xarkov meri İqor Terexov bildirmişdi ki, zərbə Şevçenko rayonuna endirilib:

"İdarə olunan aviasiya bombası çoxmərtəbəli binaya dəyib. Məlumat var ki, dağıntılar altında insanlar qalıb. İkinci zərbə isə mülki müəssisəyə olub. Yanğın baş verib. Dəqiqləşdirilmiş məlumata görə, bomba çoxmərtəbəli binanın yaxınlığına düşüb. Hadisə yerində təxminən 15 avtomobil yanır”.

Aysel,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar