Rusiyada QİÇS-ə (Qanda İmmun Çatışmazlığı Sindromu) yoluxmuş insanların sayı 1,2 milyon nəfəri ötüb. Bu barədə Rusiya Elmlər Akademiyasının üzvü Vadim Pokrovski məlumat verib. Onun sözlərinə görə, il ərzində ölkədə daha 35 min yeni yoluxma qeydə alınıb.
Bakupost.az xəbər verir ki, yoluxanların çoxu 40–45 yaşlı kişilərdir və bu yaş üzrə statistika 4%-ə bərabərdir. Yəni qeyd olunan yaş qrupunda hər 25 kişidən biri QİÇS-ə yoluxub. Eyni yaş aralığında qadınlar arasında göstərici 3%-ə yaxındır.
Akademikin bildirdiyinə görə, real yoluxma sayı rəsmi rəqəmlərdən daha yüksək ola bilər. Səhiyyə Nazirliyinin reyestrində hazırda 900 min nəfər qeydiyyatdadır, lakin bütün xəstələr rəsmi qeydiyyata düşmür.
Dünya üzrə isə hazırda təxminən 40 milyon insan QİÇS-lə yaşayır.
Cavid, BakuPost