Bu gün Moskvanın Mojayski rayonunda inzibati binanın qarşısında güclü partlayış baş verib. Hadisə yerinə təcili yardım və hüquq mühafizə orqanları cəlb olunub. İlkin məlumatlara görə, avtomobildə kiminsə olduğu ehtimal edilir, lakin şəxsiyyət hələ açıqlanmır.
Bakupost.az Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə Rusiya Prezidentinin İşləri üzrə İdarəyə bağlı Baş Elmi Tədqiqat Hesablama Mərkəzi (Главный научно-исследовательский вычислительный центр Управления делами Президента РФ) önündə baş verib. Bu obyekt Prezidentin İşləri Üzrə İdarəyə bağlı İT və yüksək texnologiya dəstəyi mərkəzidir və burada dövlət başçısı, hökumət və yüksək orqanların fəaliyyətinə texniki dəstək təmin olunur. Bina həmçinin Ukrayna müharibəsi ilə bağlı strateji planlama və resurs idarəçiliyində rol oynayır.
İlkin məlumatlara görə, partlayış “Mercedes” markalı avtomobildə baş verib. Avtomobildə kiminsə olduğu ehtimal edilir, lakin şəxsiyyət hələ açıqlanmır. Bəzi yerli mənbələr bildirirlər ki, avtomobil böyük ehtimalla yüksək səviyyəli məmura məxsus olub. Partlayış nəticəsində avtomobil yanıb.
Ekspertlər vurğulayırlar ki, bu hadisə sadəcə adi partlayış deyil, federal əhəmiyyətli bir obyektin yaxınlığında baş verdiyindən strateji baxımdan ciddi təhlükə yaradır. Partlayışın Ukrayna müharibəsi kontekstində federal idarəetmə və yüksək səviyyəli qərarqəbuletmə proseslərinə təsir göstərə biləcəyi ehtimal edilir.
Moskva sakinləri və media partlayış səsini şəhərin geniş ərazilərindən eşitdiklərini bildirirlər.
Cavid, BakuPost