Ru
11:21 / 19 Fevral 2026

Rusiyada daha bir neft bazası vuruldu – Güclü yanğın baş verdi – VİDEO

Rusiyada daha bir neft bazası vuruldu – Güclü yanğın baş verdi – VİDEO
Eye

Rusiyanın Pskov vilayətində pilotsuz uçuş aparatları (PUA) hücumu nəticəsində “Velikolukskaya” neft bazasında güclü yanğın baş verib. Zərbə nəticəsində neft bazasında yerləşən rezervuarlardan biri alışıb.

Bakupost.az Rusiya KİV-ə istinadən xəbər verir ki, hücum gecə saatlarında baş verib. İlkin məlumata əsasən, xəsarət alan yoxdur.

Müstəqil mənbələrin yazdığına görə, hücuma məruz qalan obyekt “Pskovnefteprodukt” şirkətinə məxsusdur. “Velikolukskaya” neft bazasında benzin, dizel yanacağı və digər neft məhsulları saxlanılır. Sözügedən məhsullar regionda fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinə, sənaye müəssisələrinə və nəqliyyat şirkətlərinə paylanır.

Rusiya Müdafiə Nazirliyi gecə ərzində ölkə ərazisi üzərində 113 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb. Hücumlarla bağlı əlavə detallar verməyib.



Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar