Ru
15:19 / 06 Fevral 2026

Rusiyada general güllələndi – Adı Aİ-nin sanksiya siyahısında idi

Rusiyada general güllələndi – Adı Aİ-nin sanksiya siyahısında idi
Eye

Bu gün səhər saatlarında Rusiyanın paytaxtı Moskvada general-leytenant Vladimir Alekseyev naməlum şəxs tərəfindən atəşə tutulub. Hadisə nəticəsində yaralanan Alekseyev xəstəxanaya çatdırılıb.

Bakupost.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə yerindən qaçan şübhəlinin axtarışına başlanılıb.



Rusiya Təhlükəsizlik Komitəsi Alekseyevin yaşadığı mənzil binasının yaxınlığında baş verən atəş açma faktı ilə bağlı araşdırma başladıb. Yerli mənbələrə görə Alekseyev ağır yaralanıb.

Bu hadisə Rusiya Silahlı Qüvvələrinin yüksək rütbəli zabitlərinə qarşı son zamanlar baş verən bir sıra hücumların davamıdır.

General Rusiya hərbi kəşfiyyatında yüksək vəzifə tutur və əvvəllər ölkə xaricində həyata keçirilən əməliyyatlara rəhbərlik edən komandirlərdən biri kimi tanınır.

Alekseyev 2018-ci ildə Böyük Britaniyanın Solsberi şəhərində rusiyalı ikili agent Sergey Skripal və onun qızını hədəf alan “Noviçok” hücumunun təşkilində iştirak etdiyinə görə Avropa Birliyinin sanksiyalarına daxili edilib.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar