Rusiyanın Ryazan vilayətindəki “Elastik” zavodunda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb, 130 nəfər yaralanıb.
Bakupost.az Lenta.ru-ya istinadən xəbər verir ki, 29 yaralı xəstəxanaya yerləşdirilib, onlardan 16-sı Moskva xəstəxanaları, 13-ü Ryazanda müalicə olunur.
Qeyd olunur ki, hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir, Fövqəladə Hallar Nazirliyinin və Rusiya Milli Qvardiyasının əməkdaşları daha üç nəfəri dağıntılar altından çıxarıblar.
"Nəticələrin aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Fövqəladə vəziyyət elan edilib, hadisə yerinə giriş qadağandır", - regionun əməliyyat qərargahından bildiriblər.
Ryazan vilayətinin Şilovski rayonunda baş verən insident barədə cümə günü, avqustun 15-də məlum olub. İlkin məlumata görə, partlayış barıt sexində baş verib.
Rusiya tərəfi partlayışın Ukrayna PUA-larının hücumu nəticəsində baş verdiyini inkar edib.
Zaur,
BakuPost