Ru
23:32 / 10 Oktyabr 2025

Rusiyada ölkədən çıxış kütləvi şəkildə BLOKLANDI

Rusiyada ölkədən çıxış kütləvi şəkildə BLOKLANDI
Eye

Elektron çağırış proqramının genişmiqyaslı işə salınması səbəbindən bir çox rusiyalının ölkədən çıxışı əngəllənib.

Bakupost.az xəbər verir ki, bu barədə “Baza” "Telegram" kanalı məlumat yayıb.

Bildirilib ki, adı çağırış reyestrinə daxil olan hər kəsin xaricə getməsi qadağan edilib.

Məlumatda vurğulanır ki, elektron çağırış vərəqi göndərilən kimi ölkədən çıxış bloklanır.

Əgər Dövlət Xidmətinin bildirişini təsadüfən (və ya qəsdən) görməzdən gəlmisinizsə, 27 gündən sonra avtomobil idarə etmək qadağan ediləcək, xüsusi vergi rejimləri ləğv ediləcək, əmlakınız dondurulacaq, fərdi sahibkar kimi fəaliyyət göstərə bilməyəcəksiniz və kreditlərin verilməsindən imtina ediləcək və s.

Elektron çağırış 1 oktyabrdan başlayıb və 31 dekabra qədər davam edəcək.

Xatırladaq ki, Rusiyada “ilboyu çağırış”la bağlı qanun Dumada birinci oxunuşda təsdiqlənmişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar