Ru
11:43 / 06 Oktyabr 2025

Rusiyada yəhudi icmasının binasını yandırmaq istəyən şəxs saxlanıldı

Rusiyada yəhudi icmasının binasını yandırmaq istəyən şəxs saxlanıldı
Eye

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Pyatiqorsk şəhərində yəhudi dini icmasının binasını yandırmaq istəyən şəxsi saxlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.

Məlumata görə, “FSB” əməkdaşları tərəfindən saxlanılan rusiyalı şəxs icmanın binasını “Molotov kokteyli”ndən istifadə etməklə yandırmağı planlaşdırıb. Onun üzərindən bıçaqlar və xaricdəki koordinatorla yazışmaların yer aldığı rabitə vasitələri aşkarlanıb.

Hadisə ilə bağlı həmin şəxs barəsində terror aktına hazırlıq ittihamı ilə cinayət işi başlanıb.

Lalə, Bakupost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar