Ru
15:40 / 13 Yanvar 2026

“İranı tərk edin!” – Bir çox ölkə vətəndaşlarına çağırış etdi

“İranı tərk edin!” – Bir çox ölkə vətəndaşlarına çağırış etdi
Eye

İrandakı genişmiqyaslı etirazlar və təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbi ilə bir neçə ölkə öz vətəndaşlarına İranı dərhal tərk etməyi tövsiyə edərək ciddi xəbərdarlıq yayıb.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, uçuşların məhdudlaşması və bir çox aviaşirkətin xidmətlərini dayandırması səbəbindən xarici vətəndaşlara quru yollarla çıxış marşrutları — xüsusilə Azərbaycan, Ermənistan və Türkiyə istiqamətləri kimi alternativlər göstərilir.

ABŞ Dövlət Departamenti İran daxilində təhlükəsizlik, internet kəsintiləri, ictimai nəqliyyat və uçuş pozuntuları riski səbəbindən amerikalı vətəndaşlara “İranı tərk edin” çağırışı edib və təhlükəsiz olduğu halda quru yolu ilə – Ermənistan və ya Türkiyə ərazisi vasitəsilə çıxışı tövsiyə edib.

Avstraliya Xarici İşlər Departamenti də öz vətəndaşlarına İrandan dərhal çıxmağı məsləhət görüb və ticarət uçuşlarının tezliklə tamamilə dayanacağı barədə xəbərdarlıq edib.

Kanada hökuməti isə İranı “səfər üçün məsləhət görülməyən ölkələr” siyahısına daxil edərək vətəndaşlarına İrandan çıxmalarını tövsiyə edib və konsulluq xidmətlərinin məhdud olduğunu vurğulayıb.

İsveç hökuməti İrandakı təhlükəsizlik vəziyyətinin kəskin pisləşməsi fonunda öz vətəndaşlarına təcili xəbərdarlıq edib. İsveçin xarici işlər naziri Maria Malmö Stenerqard “X” hesabında İsveç vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb.

XİN İranda qeydiyyatda olan İsveç vətəndaşlarına SMS mesajları göndərərək onlardan mümkün olduqda səfirliyin elanlarını və səyahətlə bağlı rəsmi məlumatları diqqətlə izləməyi xahiş edib.

Bundan başqa, Böyük Britaniya və Hindistan kimi ölkələr də vətəndaşlarını İranla bağlı səfərləri ləğv etməyə və məcbur olmadıqda səfərlərdən çəkinməyə çağırıb.

Bu çağırışlar İran daxilindəki təhlükəsizlik risklərinin artdığı, uçuşların qeyri-sabit olduğu və sərhədlərarası çıxışların çətinləşə biləcəyi fonunda verilir.

İran hökuməti hələ bu çağırışlara rəsmi reaksiya bildirməyib.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar