Lənkəranda idarə etdiyi avtomobillə məktəbli bacı-qardaşı vuraraq öldürməkdə təqsirləndirilən Vurğun Quluzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakupost.az APA -ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ayşən Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs 10 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il 19 sentyabrda Lənkəran rayonunun Şovu kəndində baş verib. Vurğun Quluzadə "Mercedes" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən məktəbə gedən şagirdlər 2017-ci il təvəllüdlü Gülay Əlizadəni və onun qardaşı 2014-cü il təvəllüdlü Ramid Əliyevi vurub. Hər iki məktəbli ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunsa da, onların həyatını xilas etmək mümkün olmayıb.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.4.-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilib.
Tərtibatçı Müəllifin adı olmadığından Xəbər-Məqaləyə məsuliyyəti BakuPostu daşıyır. Elə bir problem də yoxdur. Söz və cümlə tərtibatı birə-bir fakta uyğun gəlir? Əmma, başlıq heç də hadisədən tam gerçək qəza xəbərini deyil, sankı məramlı qətl cinayətini çatdırır? Digər mətbuat-media xəbər-məlumatlarında kobud hərfi-söz təqdimatlarına yaxın keçmiş ana dilimizdə heç zaman rast gəlinməzdi?