Rusiyanın Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Komitəsinin sədri, Prezident yanında Vətəndaş Cəmiyyəti və İnsan Haqları Şurasının üzvü Kirill Kabanov ölkədə Heydər Əliyevin abidələrinin götürülməsinə çağırıb.
Bakupost.az xəbər verir ki, bu barədə o, Teleqram kanalında yazıb.
"Mənə elə gəlir ki, kimin Rusiyanın dostu, kimin düşməni olduğu artıq tam aydındır. Azərbaycan artıq Rusiya ilə "dostluq" oynamağa belə cəhd etmir. Hazırkı Azərbaycanın əsl dost və müttəfiqləri Türkiyə, ABŞ, Böyük Britaniya və Ukraynadır. Bu, əladır. İndi biz Ukraynadakı Azərbaycan neft məntəqələrinə hədəfli zərbələrin sayını artırmalı, onların Rusiyadakı mütəşəkkil cinayətkar diasporlarının bütün bizneslərini tamamilə bağlamalı və nəhayət, ölkəmizin ərazisində Heydər Əliyevin abidələrini yığışdırmalıyıq”, - o bildirib.
Qeyd edək ki, onun bu sözləri Ukraynada Azərbaycan Dövlət Neft Şirkətinin məntəqəsinin məqsədli şəkildə vurulduğunu təsdiqləyir.
Asena,
BakuPost
Rusiya və Azərbaycan dövlət başçılarının iki ölkə arsında başlamış bu siyasi qabarmalara reaksiya vermemeleri, bizdə o əminliyi yardır ki, bu qabarmalar keçicidir. Çünki, Azərbaycanın dölət Başçısının siyasi peşəkarlığı və illərdi Rusiya ilə yürütdüyü balanslı siyasət bunu deməyə əsas verir ki, bu qabarma tam başqa siyasi hədəflər üçün düşünülüb. İnşallah yaşayarıq görərik. Ona görə də hər iki tərəfdə də insanlar çox ifrata varmamalıdırlar, sanıram. Yoxsa əksini düşünmek belə istəməzdim.