Azərbaycan tərəfinin həbsdə olan Rusiya vətəndaşlarını azad etməsi münasibətlərin normallaşması istiqamətində bir addım olardı.
Bakupost.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Xatırladaq ki, “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) icraçı direktoru İqor Kartavıx və şef redaktor Yevgeniy Belousov və saytın bir neçə əməkdaşı həbs olunub.
Bundan başqa, İrandan narkotik maddələrin tranziti, internet üzərindən yayılması və kiberdələduzluq hallarında şübhəli bilinən 8 Rusiya vətəndaşı da həbs olunub.