“Tütün və tütün məmulatı haqqında” Qanuna təklif olunan dəyişiklik sahibkarları çətin vəziyyətdə qoyub.
Bakupost.az Xezerxeber.az-a istinadən xəbər verir ki, dəyişiklik qəbul edilərsə, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan ediləcək.
Qadağan edilməsi düşünülən məmulatları ölkəyə gətirən iş adamları deyirlər ki, külli miqdarda məhsul əllərində qalacaq. Eyni zamanda hələ sifariş etdikləri məhsulu yolda olan sahibkarlar da az deyil.
Sahibkarlar deyirlər ki, məhsulları kredit hesabına alıblar. Verilən ani qərar onlara ciddi maliyyə xərci yaradacaq.
Təklif olunan dəyişikliyin yumşaldılması üçün sahibkarlar hökumətə müraciət ediblər.
Bakupost.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.