Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili həbsxanadan hospitala köçürüldükdən sonra aclıq aksiyasına son qoyacağına söz verib.
Bakupost.az xəbər verir ki, bu barədə Gürcüstanın Səhiyyə naziri Ekaterine Tikaradze bildirib.
“O, aclıq aksiyasına son qoyacağına söz verib. Qori hospitalı pasiyentin ehtiyacı olan bütün maddi-texniki baza ilə təchiz olunub”, - deyə nazir bildirib.