Saatlı rayonunda iki nəfər dəm qazından boğulub.
Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə dekabrın 23-də rayonun Qara Nuru kəndində baş verib.
Kənd sakinləri - 92 yaşlı İsmayılov İbrəhim Hüseyn oğlu və 89 yaşlı həyat yoldaşı İsmayılova Pəri Edil qızı yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüblər.
Fakta görə Saatlı rayon prokurorluğunda araşdırma aparılır.