Ru
12:54 / 25 Aprel 2022

Sabahın hava proqnozu

Sabahın hava proqnozu
Eye

Aprelin 26-na gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakupost.az -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.


Havanın temperaturu gecə 12-15° isti, gündüz 19-24° isti, Bakıda gecə 13-15° isti, gündüz 21-23° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-60 % olacaq.


Azərbaycanın rayonlarında Əsasən yağmursuz. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 10-15° isti, gündüz 24-29° isti, dağlarda gecə 0-5° isti, gündüz 12-17° isti olacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar