Ru
12:32 / 22 Noyabr 2025

Sabahın hava proqnozu – Bakıda 20 dərəcə isti olacaq

Sabahın hava proqnozu – Bakıda 20 dərəcə isti olacaq
Eye

Noyabrın 23-də gözlənilən hava proqnozu açıqlanıb.

Bakupost.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət gecə 80-85 %, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 17-21° isti, dağlarda gecə 1-6° isti, gündüz 12-17° isti olacaq.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar