Xəbər verdiyimiz kimi, Bakıda “Vimay-Med” klinikası cərimələnib.
Belə ki, klinikaya karantin qaydalarının pozulması ilə bağlı inzibati protokol tərtib edilib və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Məsələ ilə bağlı “Vimay-Med” klinikası ilə əlaqə saxladıq.
Klinikadan
Bakupost.az -a cərimələnmə xəbərini təsdiqləsələr də, məhkəmə prosesinin olacağını təkzib etdilər:
“Sadəcə maska taxılmaması ilə bağlı klinika cərimə olunub və məbləğ artıq ödənilib. Məhkəmədən söhbət gedə bilməz. Kimsə maska taxmayıbsa, buna görə məhkəmə olmalıdır!?”.
Qeyd edək ki, mətbuatda yayılan məlumata görə, “Vimay-Med” MMC Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı İradə Gülməmmədovaya məxsusdur.
Xatırladaq ki, İ. Gülməmmədova bu il yanvarın 19-da Abşeron RİH-in başçısı vəzifəsindən
azad edilib.
BakuPost