Ru
23:26 / 02 Oktyabr 2025

Saç ustası olduğu deyilirdi, yenə həkimliyə başlayıb? - VİDEO

Saç ustası olduğu deyilirdi, yenə həkimliyə başlayıb? - VİDEO
Eye

Saxta həkim olduğu deyilən “Uğur-777” estetik klinikasında etdiyi estetik əməliyyat zamanı qeyri-etik görüntüləri yayılan Gülbadə Abdullayevanın yenidən fəaliyyətə başlamasına dair iddialar yayılıb.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, sosial şəbəkələrdə “Dr. Gülü” kimi tanınan Gülbadə Abdullayevanın məlum hadisələrdən sonra indi də “Dost” estetik mərkəzində çalışdığı haqda video kadrlar yayılıb.

G. Abdullayeva özü də bunu təsdiqləyib, lakin hələ ki cərrah kimi fəaliyyətə başlamadığını bildirib.

Xatırladaq ki, Səhiyyə Nazirliyi sözügedən görüntülərlə bağlı araşdırmalar aparmışdı. Bildirilmişdi ki, Gülbadə Abdullayevanın adı Nazirliyin tibb işçilərinin vahid reysterində yoxdur. Onun tibbi fəaliyyət göstərmək səlahiyyəti mövcud deyil.

Qeyd edək ki, həmin xanımın əvvəllər saç ustası olduğu haqda da sosial şəbəkədə iddialar yayılmışdı.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında:



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar