Ru
18:30 / 20 Fevral 2026

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə su olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə su olmayacaq
Eye

Sumqayıt şəhəri, Abşeron və paytaxtın Qaradağ rayonunun bəzi ərazilərində su kəsiləcək.

Bakupost.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb:

"Magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar görüləcək işlər çərçivəsində Sumqayıt şəhəri, Abşeron və Qaradağ rayonlarının bir hissəsinə 22.02.2026-cı il tarixində saat 22:00-dan, 24.02.2026-cı il tarixində gecə saatlarınadək suyun verilməsində fasilə yaranacaq. Bu müddət ərzində sakinlərə su maşınları ilə xidmət göstəriləcək.

Anlayışla qarşıladıqlarına görə abonentlərə minnətdarlığımızı bildiririk".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar