Bir müddət əvvəl həm iş yeri olan ATV-dən, həm də həyat yoldaşı Vaqif Aydınoğludan ayrılan Samirə Mustafayevadan xəbər var.
BakiPost.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, teleaparıcı bu dəfə özünü biznes leydi kimi sınamaq istəyib.
O, Bakıda böyük bir qadın klubu açıb. Fitness, spa və gözəllik salonu olan mərkəzin tezliklə açılışı olacaq.
Hətta, şou-biznesin bir neçə üzvü həmin məkanın xidmətlərindən istifadə edib.
Saytın yazdığına görə, Samirənin işi kimi şəxsi həyatında da dəyişiklik olub. Belə ki, Mustafayeva dövlət qurumlarından birində çalışan vəzifəli şəxslə sevgi münasibətindədir.
Qeyd edək ki, aparıcı mətbuata açıqlamasında bundan sonra aparıcılıq etməyəcəyini, özünü başqa bir sahədə sınayacağını bildirmişdi.
S.Mustafayeva və V.Aydınoğlunun Nuran adlı qız övladı var.
***
Samirə Mustafayeva biznes fəaliyyətinə başlamasıyla bağlı PrimeTime.Az-a açıqlama verib və faktı təsdiqləyib: "Rəfiqəmlə birgə 2013-cü ildə də qadın klubu açmışdıq. Bu gün artıq üç xanım olaraq fəaliyyətimizi daha da genişləndirdik. Üç xanımın məhsulu olan "Qadın Klubu" bizim əsas işimiz deyil. Amma kiçik biznesdir ki, həvəslə yanaşırıq. Bir müddətdir, hazırlıq işləri gedir. Ümidvaram ki, xanımların zövqünü oxşaya biləcəyik".
Samirə həmçinin vəzifəli şəxslə sevgili olması barədə yayılan məlumatlara da münasibət bildirib: "Özüm haqda o qədər yalanlar eşidirəm ki... Hərdən çox yoruluram. İnsanların fantaziyaları sərhədsizdir. Düzdür, içində xoş yalanlar da olur, adam özü də inanmaq istəyir. Ancaq əfsuslar olsun ki, yayılan şayiələrin içərisində xoşagəlməzləri də var. Şəxsən mənim dilimdən eşitmədiyiniz heç bir sözə inanmayın".
Bakı Post