“Samsung” mobil “DRAM” və “NAND” flash yaddaşlarının qiymətlərini 7-10% artırmağa hazırlaşır.
“Bakupost” yerli mediaya istinadən xəbər verir ki, şirkət hazırda bununla bağlı danışıqlar aparır.
“Samsung” “Apple” və digər böyük smartfon istehsalçılarına yaddaş komponentləri tədarük edir. Qiymət artımı bu şirkətlərin telefonlarının, eləcə də “Samsung”un “Galaxy” modellərinin maya dəyərinə təsir göstərə bilər.
Yeni artım baş verərsə, artıq rekord səviyyələrə çatan mobil “DRAM” və “NAND” yaddaşlarının qiyməti daha da yüksələcək. Bu isə smartfon istehsalçılarının artan xərcləri telefon qiymətlərinə yansıtmasına səbəb ola bilər.
Artımın nə vaxt tətbiq ediləcəyi isə hələ məlum deyil.
Vüsalə Hüseynova,
BakuPost